Modern.az

"Bakıelektrikşəbəkə"dən abunəçilərə yeni xəbərdarlıq

"Bakıelektrikşəbəkə"dən abunəçilərə yeni xəbərdarlıq

Təhsil

2 İyul 2010, 12:28

“Bakıelektrikşəbəkə” ASC abunəçilərə yenə xəbərdarlıq ünvanlayıb. Abunəçilər istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə 5 iyul saat 12:00-dək ödəməlidirlər. Ödəniş müddəti keçən, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı həmin vaxtdan qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet sayt (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi