Modern.az

Ən çox tıxacı olan şəhərlər

Ən çox tıxacı olan şəhərlər

2 İyul 2010, 13:28

Böyük şəhərlər tıxac problemi ilə üzləşirlər. IBM Commuter Pain Survey təşkilatı iri şəhərlərdə nəqliyyat problemini araşdırmaq üçün qlobal tədqiqat aparıb. Tədqiqat nəticəsində Pekin, Mexiko və Yohannesburq  20 şəhər arasında əhalinin tıxaclardan ən çox əziyyət çəkdiyi meqapolis olduğu müəyyən edilib.

“İqtisadi forum” jurnalının məlumatına görə, İBM “sürücülər üçün əlverişli olmayan şəhərləri”n reytinqini tərtib edərkən 5 qitəni əhatə edən 20 meqapolisdə 8 mindən çox sürücü arasında sorğu aparıb. Sorğuya görə, respondentlərin 87%-i son 3 ildə yol tıxacına düşüblər və bu tıxaclarda orta hesabla 1 saat itiriblər.

Sorğunun nəticəsi balla qiymətləndirilib. Reytinq cədvəlinə görə, ən çox bal toplayan şəhərlər yüksək tıxac olan, sürücülər üçün əlverişsiz olan şəhər hesab olunur. Şəhərlər 100 bal sistemi ilə qiymətləndirilib. Ən pis göstərici 100, ən yaxşı göstərici isə 1 bal hesab olunub.

Qiymətləndirmə nəticəsində ən problemli şəhərlər Pekin, Mexiko, Yohannesburq və Moskva olub. Tədqiqata görə, Pekin və Mexiko 99, Yohannesburq 97, Moskva isə 84 bal toplayıb.

Ən yaxşı nəticə Stokholm, Melburn, Hyuston və Nyu-Yorkda qeydə alınıb. Bu şəhərlər uyğun olaraq 19, 17, 17 və 15 bal toplayıb.

Bundan başqa Nyu-Dehli - 81, San-Paulo - 75, Milan - 52, Buenos Ayres - 50, Madrid - 48, London - 36, Paris - 36, Toronto - 32, Amsterdam - 25, Los-Anceles - 25, Berlin - 24, Monreal – 23 bal toplayıb.

Reytinqin tərtibində 10 göstəricidən, o cümlədən yola sərf olunan və tıxaclarda gözləmə vaxtından istifadə olunub. Tıxaclarda gözləmə vaxtına görə ən yaxşı göstərici Melburn, Stokholm və Buenos-Ayres nümayiş etdirib. Bu şəhərləri təmsil edən respondentlərin 25%-i heç vaxt tıxacda olmadıqlarini bildiriblər.

Reytinq tərtibçiləri Moskva sürücüləri dünyada ən səbirli sürücüsü hesab edirlər. Respondentlərin sözlərinə görə, son 3 ildə tıxacda itirilən maksimum vaxt 2,5 saat olub ki, bu da orta göstəricidən 2 dəfə azdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı