Modern.az

“Biz yol hərəkəti qaydalarına əməl edirikmi?”

“Biz yol hərəkəti qaydalarına əməl edirikmi?”

2 İyul 2010, 13:35

Rəsmi statistikaya görə, Azərbaycanda son dövrlər yol qəzalarının sayı artıb, nəticədə xəsarət alanlar içərisində uşaqlar da çoxalıb. Uşaq və yeniyetmələrimizin yol mədəniyyəti barədə məhdud informasiyaya malik olmaları nəticəsində yol hərəkətindən bilərəkdən və ya bilməyərəkdən yanlış istifadə etmələri hər an təhlükəyə yaxın olmalarına şərait yaradır.

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi uşaqları yol mədəniyyəti barədə  maarifləndirmək məqsədilə “Biz yol hərəkəti qaydalarına əməl edirikmi?” layihəsinin icrasına başlayıb. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd uşaq və yeniyetmələrimizə yol mədəniyyəti barədə məlumat verərək, düzgün və təhlükəsiz yoldan istifadə qaydalarının öyrədilməsidir.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin  maliyyə yardımı ilə həyata keçirilən  layihə çərçivəsində 9-15 yaş həddində olan  uşaqlar üçün  iki günlük festival keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, layihənin ilkin mərhələsində uşaqlar arasında sorğu aparılıb və sorğuya əsasən 50 nəfər məktəbli festivalda iştirak hüququ əldə edib.  İyul ayında reallaşacaq festivalın  birinci günü  uşaqlar üçün  yol hərəkəti qaydalarının tədrisi ilə bağlı məlumatlandırma sessiyası keçiriləcək. İkinci gün isə festival iştirakçıları öz biliklərini  keçirilən viktorinada sınayacaqlar. Viktorinanın qalibləri xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Layihə çərçivəsində məktəblilərə yol hərəkəti qaydaları və nişanları  barədə hazırlanmış CD disk və valideynlər üçün çap edilmiş xüsusi lifletlərdə paylanılacaq. Modern.az    

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər