Modern.az

Təhsil Nazirliyi: “Mətbuat yanlış məlumat yayıb, I sinfə qəbul qaydasında dəyişiklik yoxdur”

Təhsil Nazirliyi: “Mətbuat yanlış məlumat yayıb, I sinfə qəbul qaydasında dəyişiklik yoxdur”

2 İyul 2010, 14:11

İki gün öncə bəzi mətbuat orqanları orta məktəblərin I sinfinə uşaqların qəbulu qaydalarının dəyişdirilməsi barədə məlumat yayıb. Təhsil Nazirliyinə istinadla dərc edilən həmin məlumatda bildirilib ki, guya, yeni qaydalara görə heç bir məktəb I sində özbaşına uşaq qəbulu apara bilməyəcək, bu iş mərhələlərlə Təhsil şöbələri və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Amma Təhsil Nazirliyi mətbuatın yaydığı həmin məlumatı təkzib edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki,   orta məktəblərin I sinfinə uşaqların qəbulu qaydalarının dəyişdirilməsi yanlış məlumatdır. Qeyd edək ki, Təhsil Nazirliyində hazırda “Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları” müzakirə olunur. Əgər qaydalar təsdiqlənsə, məktəb yaşına çatmayan uşaqların da vaxtından əvvəl, (yəni 6 yaşı tamam olmayan və 5 yaşlı uşaqlar) 6 yaşlılarla birgə I sinfə qəbulu həyata keçirilə bilər. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir