Modern.az

“Unibank” “Kapitalbank”a qalib gəlib (foto)

“Unibank” “Kapitalbank”a qalib gəlib (foto)

2 İyul 2010, 14:31

“Unibank” ASC-nin komandası, Bakı Banklararası Valyuta Birjası (BBVB) tərəfindən iyunun n 5-dən 25-ə kimi təşkil etdiyi mini-futbol üzrə banklararası çempionatda qalib gəlib. Bu turnirdə ölkənin bank ictimaiyyətini təmsil edən səkkiz komanda iştirak edib.

“Unibank”ın futbolçuları qrup mərhələsində 3 qarşılaşmadan 2-də rəqiblərinə qalib gəlib,  yarımfinalda isə “VTB-Azərbaycan”dan olan həmkarlarını 6:2 hesabı ilə udub finala çıxıblar. Final oyunu “Unibank” və “Kapitalbank” komandaları arasında keçirilib. 2:2 hesabı ilə bitən matçın sonunda qalib qapılara vurulan penaltilər hesabına müəyyənləşib. “Unibank” 6:5 hesabı ilə qələbə qazanaraq qalib olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir