Modern.az

Ədalətsizliyin sonu!

Ədalətsizliyin sonu!

Dünya

29 İyun 2014, 22:09

19 iyunda Türkiyədə Balyoz davası adı altında tutulan hərbçilər Türkiyə Cümhuriyyəti Konstitusiya Məhkəməsinin haqq pozuntusu qərarı ilə azadlığa buraxıldılar. Balyoz davası 2003-cü ilin mart ayında iddiaya görə, hərbçilərin Türkiyə Cumhuriyyəti hökumətinə qarşı çevriliş planı idi. Bu çevriliş planınında (darbe) Türkiyə Cumhuriyyətinin 1-ci Ordu komandiri generallar Çetin Doğan, İbrahim Fırtına, Özdən Örnək Engin Alan olmaqla 365 hərbçi suçlanırdı.

Aradan illər keçdi və 2010-cu ildə bu planı hazırlayanlara qarşı məhkəmə işinə baxılaraq, 365 hərbçidən 325 hərbçi ömürlük həbsə məhkum olundu. İddiaya görə, ordu və hərbçilər hökumətə qarşı çevriliş etmək niyyətindyimişlər. Amma bu çevrilişə dair ortada heç bir dəlil-sübut yox idi.

Hərbçilərin tutulmasında məqsəd o idi ki, Türkiyə Silahlı Qüvvələrində bir nəfər də olsun Atatürk düşüncəli olmasın. Ordunu özəlləşdirmək işləri başlanmışdı. Əslində Ərdoğan Atatürkçülərin kökünü qazımaq istəyirdi o vaxt. Və bu işdə ordudan başladı. Əsassız sənədlərlə bu planı həyata keçirdi və Türkiyə ordusunu başdan-ayağa özününküləşdirdi. İstəyi o idi ki, ordu onun əmriylə, istəyilə addım atsın.

Onun bu istəyi keçənlərdə Diyarbakırın Lice kəndində daha aydın göründü. Licedə bir neçə qrup aksiya keçirdikdən sonra aralarından 16 yaşlı bir gənc 2-ci Hava Qüvvələrinin yerləşdiyi sahəyə gedərək, Türk bayrağını dirəkdən endirdi. Necə olan işdir bu? O qədər əsgər, hərbçi bu hadisənin qarşısını ala bilmədimi?

O bayraq endirildi. Türkiyənin göz rəmzi olan bayraq əldən getdi. Mən keçənlərdə belə bir xəbər oxudum. Cənubi Koreyada bir gəmi aşıb və bir çox insan həyatını itirib. Həmin gün Cənubi Koreyanın baş naziri çıxıb “istefa verirəm” deyib. “Mənim idarə etdiyim ölkədə belə bir hadisə baş verib.Və bu hadisənin ən böyük günahkarı da mənəm”-deyə əlavə edib.


İndi özünüz fikirləşin….. Balyoz davası Türkiyədə tanınan məşhur davalardan biridir. O davanın içində günahsız və əsassız yerə həbs olunan, Türkiyə tarixində dərin iz buraxan general-leytenant Engin Alan da olub. Engin Alan 1999-cu ildə PKK lideri, terrorçu Abdulla Öcalanı hərbi əməlliyyat keçirməklə həbs edib Keniyadan Türkiyəyə gətirmişdi

General bu əməli ilə Türkiyə tarixində iz qoydu. Belə bir qəhrəman və xalq sevgisini qazanmış birisi, heç öz hökumətinə və dövlətinə xəyanət edəcək addım atarmı?
Engin Alandan başqa, həbsə atılan digər hərbçilərin də Türkiyə millətinə və dövlətinə çox böyük xidmətləri olub. Xalq Balyoz davasında tutulan hərbçilərin azadlığa çıxmasını neçə illərdir ki, gözləyirdi. Onların haqsız yerə tutulmalarına göz yummaq olmazdı. Konstitusiya Məhkəməsi yıxılan ədaləti bərpa etdi. Və ədalətin itmədiyini bir daha sübüt etdilər. Onlar həbsxanadan çıxdıqda belə bir şüar səsləndirdilər “ATATÜRKÜN ASKERLERİYİZ”…

Seymur Süleymanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub