Modern.az

“Eks-prezidentlər haqqında” qanun layihəsi hazırlanıb"

“Eks-prezidentlər haqqında” qanun layihəsi hazırlanıb"

2 İyul 2010, 16:10

Modern.az saytı xəbər verir ki, iyulun 2-də parlamentin yaz və növbədənkənar sessiyasının yekunlarına dair mətbuat konfransında Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev bildirb ki, Azərbaycanda “Eks-prezidentlər haqqında” qanun layihəsi hazırlanır. Layihə Prezident Administrasiyası tərəfindən tezliklə Milli Məclisə təqdim olunacaq.

Vitse-spiker Bahar Muradova isə mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsi ilə bağlı yayılmış məlumatlara və ailənin Azərbaycandan köçmək istəməsinə münasibət bildirib. Onun sözlərinə görə, hökumət müxtəlif vaxtlarda Əbülfəz Elçibəyin ailəsinə yardımla bağlı çoxsaylı təkliflər edib. Ancaq bu təkliflər qəbul olunmayıb. B.Muradova deyib ki, Elçibəyin ailəsinin hansısa xarici ölkəyə köçməsindənsə, Azərbaycanda yaşayıb öz həyatını təmin etməsi yaxşı olardı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir