Modern.az

İlham Əliyevin Nursultan Nazarbayevlə təkbətək görüşü olub

İlham Əliyevin Nursultan Nazarbayevlə təkbətək görüşü olub

2 Oktyabr 2009, 13:25

Oktyabrın 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olub.
Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb və bu səfərin də əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib.
Dövlət başçıları ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir