Modern.az

Bakıda 5,7 min ədəd pirat DVD satışdan çıxarılıb

Bakıda 5,7 min ədəd pirat DVD satışdan çıxarılıb

2 İyul 2010, 16:14

Audiovizual sənaye məhsullarının satışı zamanı haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə daxil olmuş şikayət əsasında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu,M.Rəsulzadə küçəsi, 5 ünvanında Zhenhui Zhengə məxsus “Hong Kong” mağazasında yoxlama aparılıb.
Nazirlikdən verilən məlumata görə, aparılan yoxlama zamanı aşkar edilmiş 5,7 min ədəd pirat DVD satışdan çıxarılıb, sahibkar Zhenhui Zheng barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Pirat DVD məhsulları satmaqla istehlakçıları çaşdırdığına və haqsız rəqabətə yol verdiyinə görə Zhenhui Zhengə 1,6 min manat maliyyə sanksiyası tətbiq olunub, satışdan çıxarılmış 5,7 min ədəd pirat DVD-lər qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi