Modern.az

Ramazanda boşanmaq istəyənlərə "tərs sillə"

Ramazanda boşanmaq istəyənlərə "tərs sillə"

30 İyun 2014, 12:38

Fələstin  Ali Şəriət Məhkəməsinin sədri, dini məsələlər və islami əlaqələr üzrə dövlət müşaviri Mahmud əl-Həbəşin verdiyi qərara əsasən, müqəddəs Ramazan ayında şəriət məhkəmələrinə bütün növ boşanma ərizələrinin qeydiyyata alınmasına və hakimlər tərəfindən boşanma qərarının verilməsinə qadağa qoyulub. 

Modern.az saytının ərəblərin "Əcyəl" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ötən illərin məhkəmə təcrübələri göstərir ki, müharibə şəraitində yaşayan fələstinli ailələrdə orucluq zamanı əsəbilik, səbirsizlik halları artır. Stress vəziyyətində verilən boşanma qərarı şəriət qaydalarına görə məqbul sayılmır. Bu səbəbdən Ramazan ayında boşanmalara qoyulan qadağa  (zəruri hallar istisna olmaqla) fələstinli ailələrdə boşanmaların qarşısını alacaq. Amma qadağa bir ay müddətində keçərlidir.


Şəhrizad
Abu-Dabi

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir