Modern.az

Yay məktəbinin iştirakçıları Aynur Sofiyeva ilə görüşüblər

Yay məktəbinin iştirakçıları Aynur Sofiyeva ilə görüşüblər

2 İyul 2010, 16:30

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və YUNİSEF-in birgə təşkilatcılığı ilə “Sağlam düşün,Sağlam yaşa, Sağlam ol” layihəsi cərcivəsində Quba şəhərində yerləşən “Quba Olimpiya Kompleksi”ndə təşkil edilən yay məktəbi öz işini davam etdirir. Yay məktəbinin növbəti günündə məktəblilərin müxtəlif mövzularda cəkdikləri 1 dəqiqəlik spot filmlərin təqdimatı olub. Bu filmlər “Media” qrupunun üzvlərinin - Nərgiz Zeynalova, Rüfət Dərgahlı, Ruslan Ağayev, Toğrul Nəsibov, Gülmaya Bələdova, Ramilə Cəfiyeva, Kamran Hüseynov, Mirməhəmməd Ağayev, Elvin Mirzəyev, Rəhimə İsgəndərova, Tamara Hüseynova, Rəşad Mehdiyev, Mehriban Muradovanın əməyinin məhsuludur və filmlərin ideyası da onlara məxsusdur. Filmlərdə  sağlamlıq, ekologiya, erkən nigah, təhsil, sosial ədalətsizlik, ayrı - seckilik problemləri, əlil uşaqlara fərqli münasibətlə bağlı məsələlərə toxunulur. Bu filmlər YUNİSEF-in saytında yerləşdiriləcək, eyni zamanda təşkilatın arxivində saxlanılacaq. Bundan başqa? bəyənilən filmlər YUNİSEF-in kecirdiyi xüsusi müsabiqədə iştirak etmək imkanı qazanacaq.

Filmlərin nümayişindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva yay məktəbi iştirakcılarının suallarını cavablandırıb. Sualara cavab verən A.Sofiyeva görülən işlər, komitənin iş sturukturu barədə məlumat verib, kimsəsiz uşaqların ailələrə verilməsi mexanizmdən danışıb.

Günün sonunda yay məktəbi iştirakcılarına Gənclər Təşkilatları Milli Şurasının fəaliyyəti və gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi