Modern.az

İlham Əliyev açılışda iştirak edib

İlham Əliyev açılışda iştirak edib

Təhsil

2 İyul 2010, 16:52

İyulun 2-də Prezident İlham Əliyev Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksinin açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yeni yol qovşağının texniki göstəriciləri haqqında məlumat verib. Bildirib ki, Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən magistral yol ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki Böyükşor yol qovşağının ikinci kompleksinin ümumi uzunluğu 1194 metrdir. Bura 5 körpü, körpü yanaşmaları və digər yol qovşaqları daxildir. Azərbaycanda ilk dəfə olaraq bu yol qovşağında dəmir tağlar tətbiq olunub. Dövlət başçısı yol qovşağının layihəsinə və fotoşəkillərə baxıb. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, inşaatçıları təbrik edərək onlara uğurlar arzulayıb. Qeyd edək ki, 22 iyun 2010-cu il tarixdən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından Böyük Şor dairəsi (keçmiş Əzizbəyov dairəsi) istiqamətindəki avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılmışdı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!