Modern.az

Azərbaycan şəhid əsgərin meyitinin alınması ilə bağlı məsələ qaldıracaq

Azərbaycan şəhid əsgərin meyitinin alınması ilə bağlı məsələ qaldıracaq

2 İyul 2010, 18:46

İyulun 4-dən 10-dək İsveçin Oslo şəhərində ATƏT-in Parlament Assambleyasının növbəti yaz sessiyası keçiriləcək. Sessiyada təşkilatı məsələlərdən tutmuş bir sıra məqamlar müzakirə olunacaq.  Azərbyacanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Modern.az-a bildirib ki, azərbaycanlı deputatalar hər zaman qurumun sesiyasında Qarabağla bağlı məsələ qaldırır. “Bu dəfə də Qarabağ məsələsi ilə bağlı çıxış edəcəyik. Onu da qeyd edim ki, şəhid olmuş Azərbaycan əsgərinin meyitinin Erməistandan alınması ilə bağlı da qurumun qarşısında məsələ qaldıracağıq. Hər halda, bu məsələnin həlli üçün ATƏT PA-nın imkanlarınadan istifadə etməyə çalışacağıq”. Qeyd edək ki, iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürən 22 yaşlı gizir Mübariz Ağakərim oğlu İbrahimovun özü də şəhid olub. Şəhidin meyiti düşmənin nəzarət etdiyi ərazidə qaldığından ermənilər onu götürməyə imkan verməyiblər. Ermənistan tərəfə bu günədək onu qaytarmaqdan imtina edirlər. Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirib. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir