Modern.az

Eynulla Fətullayev məhkəmədə son söz deyib

Eynulla Fətullayev məhkəmədə son söz deyib

2 İyul 2010, 18:56

Qaradağ Rayon Məhkəməsində narkotik maddə saxlamaqda ittiham olunan jurnalist Eynulla Fətullayev prosesdə son sözlə çıxış edib.

"Azadlıq" radiosunun verdiyi xəbərə görə, jurnalist çıxışında bir daha bildirib ki, o özünü ittiham üzrə təqsirli saymır:

«Məhkəmə müdafiə tərəfinin şahidlərini dindirmədi. O cümlədən 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayevin mənim üstümə narkotik maddə qoyula biləcəyi haqqında ifadəsini nəzərə almadı».

Eynulla Fətullayev deyib ki, «hakimiyyət bilir ki, mən həbsdən çıxandan sonra yenə jurnalist fəaliyyəti ilə məşğul olacağam, ona görə də həbsdə daha çox qalmağımı istəyir».

İyulun 6-da jurnalistə hökm oxunacaq.

Dövlət ittihamçısı Eynulla Fətullayevin 3 il azadlıqdan məhrum edilməsini tələb edib. Vəkilləri isə məhkəmədən jurnalistə bəraət verilməsini istəyirlər.

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə terrora çağırış və vergidən yayınma itihamları ilə 8 il yarım azadlıqdan məhrum edilib.

Ötən ilin dekabrında isə həbsxanada narkotik saxlama itihamı ilə ona qarşı daha bir cinayət işi qaldırılıb. Qaradağ Rayon Məhkəməsində həmin iş üzrə proses yekunlaşmaq ərəfəsindədir.

Jurnalist ona qarşı irəli sürülən bütün ittihamları rədd edir, həbsinin sifariş olduğunu deyir.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu