Modern.az

Dünya Çempionatı: yarlmfinalçılar müəyyənləşir

Dünya Çempionatı: yarlmfinalçılar müəyyənləşir

3 İyul 2010, 15:13

Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında 1/4 final oyunlarında sürpriz nəticə qeydə alınıb.

Modern.az-ın məlumatına görə, iyulun 2-də Hollandiya - Braziliya matçında çoxları ikincilərin qalib gələcəyini proqnozlaşdırdığı halda beşqat dünya çempionları avropalılara uduzublar. Uruqvay - Qana  matçında qüvvələr bərabər olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında Uruqvay millisi Qananı 4:2 hesabı ilə məğlub edib. Bu gecə daha iki yarımfinalçı müəyyənləşəcək. Bu, Argentina – Almaniya, Paraqvay – İspaniya oyunlarından sonra məlum olacaq.   1/4 final a) 2 iyul  19:00  Hollandiya -  Braziliya 2:1  b) 2 iyul  23:30  Uruqvay - Qana          4:2 c) 3 iyul  19:00  Argentina - Almaniya     d) 3 iyul  23:30  Paraqvay - İspaniya  1/2 final 6 iyul  23:30  c - d 7 iyul  23:30  Uruqvay - Hollandiya 3-cü yer uğrunda oyun 10 iyul  23:30 Final 11 iyul  23:30    Modern.az  

  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu