Modern.az

Ucarda oğul atasının yanıb ölməsinə səbəb olub

Ucarda oğul atasının yanıb ölməsinə səbəb olub

3 İyul 2010, 17:00

İyulun 2-də saat 17.00 radələrində Ucar rayonunun Qazqumlax kəndində, kənd sakini Elməddin Nəsirov ailə-məişət münaqişəsi zəminində ümumi sahəsi 250 kv.metr olan yardımçı təsərrüfatını yandırıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində bütövlükdə təsərrüfatın yanar konstruksiyaları yanıb, oradakı 2 baş inək tələf olub, yanğını söndürməyə cəhd göstərmiş Elməddinin atası Tofiq Nəsirov aldığı yanıq xəsarətindən ölüb.
Faktla əlaqədar cinayət işi başlanıb. Ucar RPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
 
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir