Modern.az

Polis müxalifətin Bakıdakı icazəsiz aksiyasına müdaxilə edib

Polis müxalifətin Bakıdakı icazəsiz aksiyasına müdaxilə edib

3 İyul 2010, 18:02



İyulun 3-də saat 17.00-da Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) Hüseyn Cavid bağında, AXCP isə Kukla Teatrının qarşısında icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstərib.
Lakin planlaşdırılan aksiyalardan öncə hərəkətə keçən polis Müsavat Partiyasından və AXCP-dən bəzi fəalları saxlayıb.

Aksiyalara başlanan zaman da həbslər həyata keçirilib. Belə ki, polis Xalq Cəbhəsi Partiyasının Kukla Teatrı istiqamətindən Bakı Şəhər İcra Hakimiyyətinin binasına doğru hərəkət etmək istəyən müxalifətçilərin qarşısını alıb.  

Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların da metronun “Elmlər Akademiyası” stansiyası istiqamətindən Hüseyn Cavid bağına doğru qürüşünə imkan verilməyib.

İcazəsiz aksiya keçirmək istəyən bütün müxalifət qüvvələrindən saxlanılanlar var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir