Modern.az

İlham Əliyev Barak Obamanı təbrik edib

İlham Əliyev Barak Obamanı təbrik edib

Təhsil

3 İyul 2010, 21:10

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Milli Bayramı – Müstəqillik Günü münasibətilə ABŞ prezidenti Barak Obamanı təbrik edib. Təbrikdə deyilir:

- Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf edərək tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, eləcə də regional sabitliyin gücləndirilməsi sahəsində birgə fəaliyyətimiz əməkdaşlığımızın mühüm istiqamətlərindəndir.
Əminəm ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı iş birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Biz həmçinin xalqımızın ən ağrılı probleminin – ölkəmizin ərazi bütövlüyünün pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik.
Bu əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!