Modern.az

Hillari Klinton Bakıya gəlib

Hillari Klinton Bakıya gəlib

4 İyul 2010, 11:23

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayıb. Xanım Hillari Klinton iyulun 4-də səhər saatlarında Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin məzarları üstünə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Dövlət katibi bu gün Bakıda prezident İlham Əliyevlə görüşəcək.

Görüşdə regional məsələlər, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.
Hillari Klintonun həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşü nəzərdə tutulur. Bu görüşdə söz azadlığı və siyasi həyatda iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Bu ən yüksək vəzifəli Amerika diplomatının son 17 il ərzində Bakıya ilk səfəri olacaq.

 


Məlumata görə, Klinton Azərbaycandan sonra Ermənistan və Gürcüstanda da olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi