Modern.az

"İRƏLİ"yə necə üzv olmaq olar? - Yeni sədrdən AÇIQLAMA

"İRƏLİ"yə necə üzv olmaq olar? - Yeni sədrdən AÇIQLAMA

3 İyul 2014, 20:19

 

 “İRƏLİ” İctimai Birliyi, gənclər təşkilatıdır. Hansı ki, gənclərin sağlam inkişafını, onların ictimai və sosial həyatda, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmasını özünə prioritet istiqamət kimi müəyyənləşdirmiş və bu istiqamətlər üzrə də hərəkət edir”.

Bunu Modern.az saytına açıqlamasında “İRƏLİ” İctimai Birliyinin yeni sədri Mirhəsən Seyidov deyib. O bildirib ki, təşkilat sadalanan istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətləri ilə paralel olaraq dövlətin gənclər siyasətinə töhfə verməyi də prioritet fəaliyyət kimi müəyyənləşdirilib. Onun sözlərinə görə bu istiqamətlər  “İRƏLİ” İB-i sıralarında bu müddətə kimi yol alan və bundan sonra bu sıralara qoşulan hər bir gəncə şamil edilir.

“Təşkilat olaraq bu gündən etibarən “İRƏLİ” sıralarına daxil olan könüllülər üçün “İRƏLİ” könüllülük konsepsiyası formalaşdırılacaq. Bu konsepsiya əsasında gənc könüllülərin inkişafı üçün fəaliyyət istiqamətləri və bu fəaliyyətlərin reallaşması naminə bütün imkanlar yaradılacaq.

 Ümumiyyətlə seçkilərdən sonra mənə ən çox ünvanlanan suallar da məhz üzvlük və təşkilatda könüllülük fəaliyyəti ilə bağlıdır. Bildirim ki, “İRƏLİ” –yə üzv olmaq və “İRƏLİ” ilə birgə olmaq üçün bizim gənclərdən heç bir tələb, xahiş və ya xüsusi bir istəyimiz yoxdur. Bizimlə birgə addımlamaq istəyən gənclər  yalnız dövlətə bağlı olmalı və bu bağlılıqdan irəli gələrək dövlətçilik ənənələrinə hörmət və sədaqət hissini daim daşımalıdır. Düşünürəm sadaladığım nüanslar hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcudur”,-deyə M. Seydiov qeyd edib.  

Ayşən Mönsümlü

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir