Modern.az

ABŞ dövlət katibi Bakıda gənclərlə görüşüb

ABŞ dövlət katibi Bakıda gənclərlə görüşüb

4 İyul 2010, 16:49



Bakıda səfərdə olan Hillari Klinton «Muğam» klubunda görüşüb. O, gənclərə Birləşmiş Ştatların demokratiya və insan haqları məsələsində prinsiplərinə sadiq qaldığını deyib.
Görüşdə bir sıra ictimai təşkilatları təmsil edən gənclər iştirak edib. Görüşün ilk 10 dəqiqəsi mətbuat üçün açıq olub. Toplantıda Hillari Klinton çıxış edib və gənclərin suallarını cavablandırıb.
«O dövlətlər inkişaf edir ki, onlar dialoqa və uyğunlaşmaya hazırdır. Bir dövlət katibi kimi mənim prioritetim demokratiyanı, azadlığı, gəncliyi, o cümlədən ictimai aktivliyi, internet azadlığını dəstəkləməkdir. Yeni texnologiyalar ünsiyyətin xəritəsini dəyişir. İnsanların ünsiyyət texnologiyaları dəyişə bilər, amma ABŞ-ın söz azadlığına münasibəti, prinsiplərə sadiqliyi dəyişmir»-deyə Klinton qeyd edib.

Hillari Klinton gənclərə deyib ki, prezident Barak Obama və o Azərbaycanda iki gənc bloqçunun həbsi ilə bağlı çoxlu məktublar alıblar və bu gün Bakıda keçirdiyi əvvəlki görüşlərdə o, bu məsələni qaldırıb. «Ümid edirəm ki, məhbus bloqçular yaxın vaxtlarda azadlığa buraxılacaqlar».



 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir