Modern.az

Hillari Klintonun Azərbaycana səfəri başa çatıb

Hillari Klintonun Azərbaycana səfəri başa çatıb

Təhsil

4 İyul 2010, 18:20

“Cənubi Qafqaz regionunun tərəqqisi üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır”. Modern.az xəbər verir ki, bu barədə  ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəmizə rəsmi səfərinin yekunları ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bildirib. Bakıda aparıdığı danışıqların nəticələrindən razı qaldığını qeyd edən dövlət katibi Azərbaycanda kifayət qədər tərəqqinin əldə olunduğunu vurğulayıb. ABŞ-ın Dağlıq Qarabağ münaiqşəsinin dinc yolla və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tərəfdarı olduğunu bildirən Hillari Klinton əlavə edib  ki, Birləşmiş Ştatlar məsələni birbaşa həll edə bilməz, amma dəstək göstərə bilər.

ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məlum bəyanatına toxunan dövlət katibi vurğulayıb  ki, problemin həlli yolları tezliklə tapılmalıdır və bu məsələdə tərəqqi də vardır.

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılmasına gəlincə, Hillari Klinton qeyd edib ki, “prezident Barak Obama onun müvəqqəti aradan qaldırlması ilə məşğuldur. Amma tam aradan qaldırılması üçün də çalışacaq”.

Dövlət katibi Azərbaycanın Əfqanıstan və İraqdakı əməliyyatlarda ABŞ-a yaxından dəstək göstərdiyini də vurğulayıb. Hillari Klinton Azərbaycanda cari ilin noyabrında keçiriləcək parlament seçkilərinə toxunaraq deyib  ki, ABŞ bu seçkiləri dəstəkləyir və əməkdaşlığa hazırdır.

Azərbaycan xalqının mehriban münasibətindən böyük məmnunluq duyduğunu vurğulayan dövlət katibi ölkəmizdə dinamik inkişafın şahidi olduğunu xüsusi qeyd edib.  O bildirib ki, Azərbaycan ilə ABŞ arasında mədəniyyət, təhsil və ticarət sahələrində də əlaləqələr geniş inkişaf edib.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın həyata keçirdiyi böyük layihələrə ABŞ-ın dəstək verdiyini xüsusi qeyd edib. Nazir əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tam həll olunandan sonra Cənubi Qafqazın bütün ölkələri regional layihələrdə iştirak edə bilərlər.

 

İyulun 4-də ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun Azərbaycana rəsmi səfəri başa çatıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola salıblar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir