Modern.az

İsmət Abbasov: "Çörəyin qiyməti azaldılmalıdır"

İsmət Abbasov: "Çörəyin qiyməti azaldılmalıdır"

2 Oktyabr 2009, 14:58

Kənd təsərrüfatı nazirir İsmət Abbasov Azərbaycanda çörəyin qiymətinin azaldılmalı olduğunu deyib: "Əgər ixrac edən ölkələrlə yanaşı, ölkədə yerli taxıl istehsalının qiyməti azalırsa, bu özünü ən azından 50 faiz çörəyin qiymətində də göstərməlidir". Nazir həmçinin bildirib ki, bu il Azərbaycanda 2,14 milyon ton taxıl istehsal olunub. Daxili istehlak 1,6 milyon ton təşkil edir.
"Daxili taxıl istehsalının artmasına baxmayaraq, bu gün idxaldan tam imtina etmək barədə danışmaq çətindir, belə ki, bəzi fermerlər öz məhsulunu ixrac da edə bilərlər"-deyə, nazir bildirib. Onun sözlərinə əsasən, nazirlik çörəyin qiymətinə nəzarət edə bilməz, sadəcə bu məsələ üzrə öz tövsiyələrini verir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir