Modern.az

İlham Əliyev Hillari Klintonla görüşüb

İlham Əliyev Hillari Klintonla görüşüb

4 İyul 2010, 16:46

 


İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakıda səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib. (AzərTAc).
Dövlət
 başçısı ABŞ-ın dövlət katibini qarşıladı. Görüşdə Dağlıq Qarabağ məsələsinə də toxunulub.
Prezident İlham ƏLİYEV hörmətli qonağı salamlayaraq de
yib:
-Xanım katib, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Ümidvaram ki, görüşümüz çox uğurlu olacaqdır. İlk növbədə mən bu gün qeyd etdiyiniz Müstəqillik günü münasibətilə sizi təbrik etmək və Amerika xalqına ən xoş arzularımı çatdırmaq istərdim.
Biz sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcəkdir. İkitərəfli münasibətlərimizin gündəliyi çox genişdir. Müxtəlif sahələrdə uğurlu əməkdaşlığımızın böyük tarixi vardır. Bir daha qeyd etmək istərdim ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcək və bu, region üçün çox önəmlidir. Biz müstəqilliyi əldə etdikdən sonra ABŞ ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla inkişaf edir. Biz iqtisadi sahədə sıx əməkdaşlıq edirik. Sülhməramlı əməliyyatlarda iştirak edirik. Terrorçuluğa qarşı mübarizə ilə bağlı məsələlərdə birgə fəaliyyət göstəririk. Enerji təhlükəsizliyi məsələləri daim gündəliyimizdədir.
Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində bizimlə və digər ölkələrlə yaxından çalışır. Bu münaqişə bizim üçün ən böyük problem və regional təhlükəsizlik üçün əsas təhlükədir. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, bu təşkilatların hamısı vəziyyəti əks etdirən və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını tələb edən müxtəlif qətnamələr qəbul edib. Biz münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirik və bu münaqişənin həllinə mümkün qədər tez nail olmaq istəyirik. Çünki insanlarımız bundan əziyyət çəkirlər.
Əminəm ki, biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik. Əminəm ki, onların nəticələri yaxşı olacaq və səfərinizdən sonra ölkələrimiz arasında əlaqələr uğurla inkişaf etməyə davam edəcəkdir. Bir daha xoş gəlmisiniz.
ABŞ-ın dövlət katibi Hillari KLİNTON təşəkkür edərək de
yib:
-Çox sağ olun, cənab Prezident. Mən Bakıya, ölkənizə ilk səfərimdən məmnunluq və şərəf hissi duyuram. Xüsusilə xoş haldır ki, səfərim ölkəmizin Müstəqillik gününə təsadüf edir.
Bilirəm ki, iqtisadi və sosial inkişaf üçün möhkəm bünövrənin qurulmasında ölkəniz son 20 il ərzində çox çalışmışdır. Mən əlaqələrimizə çox sadiqəm. Son 18 ay ərzində aramızda mütəmadi və məzmunlu söhbətlərimiz olub. Qeyd etdiyiniz məsələlər bizim üçün vacibdir. Fikrimcə, çox əhəmiyyətli haldır ki, bizim hərtərəfli müzakirə aparmaq imkanımız vardır.
Məni burada - Xəzər dənizinin sahilində, gözəl bir gündə, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq ruhunda qəbul etdiyinizə görə bir daha minnətdarlığımı bildirirəm.


 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər