Modern.az

Hillari Klinton İrəvanda Qarabağ münaqişəsinin həlli yolunu göstərdi

Hillari Klinton İrəvanda Qarabağ münaqişəsinin həlli yolunu göstərdi

5 İyul 2010, 09:36

Amerika Dağlıq Qarabağ münaqişəsinin həllində güc tətbiqi və ya müharibə təhdidini pisləyir. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton İrəvanda  Ermənistan prezidenti Serj Sərkisyanla  görüşdən sonra keçirdiyi mətbuat konfransında bildrib. 

 

Xanım Klinton bəyan edib ki, Qarabağ münaqişəsi ATƏT-in Helsinki Yekun Aktının 3 əsas prinsipi əsasında  - güc tətbiq olunmaması, xalqların öz müqəddəratını təyinetməsi və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Onun sözlərinə görə, bu fakt Amerika prezidenti Barak Obamanın Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedevlə söhbətində də qeyd olunub. “Belə bir hissiyat var ki, münaqişə tərəfləri Qarabağ probleminin məhz bu 3 prinsip əsasında həll olunmasını anlayırlar”,-deyə Klinton bildirib. O, bir daha ölkəsinin Qarabağ münaqişəsinin  sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.  Baxmayaraq ki, Amerika başa düşür ki, bu məsələ çox çətin prosesdir. Hillari Klinton ümid etdiyini bildirib ki, münaqişə tərəfləri sülh razılaşmasının prinsiplərini tam razılaşdıracaqlar və bu, Qarabağ münaqişəsinin həllinə nail olmağa imkan verəcək: “Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə hazırıq. Təbii ki, bu, çox çətindir. Lakin başa düşürük ki, başqa yol yoxdur”.

O, Minsk qrupu vasitəçilərinin və həmsədr ölkə başçılarının münaqişənin həllində intensiv iş apardıqlarını qeyd edərək, danışıqlar prosesində tərəqqi ələd olunmasına ümid etdiklərini bildirib. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?