Modern.az

Polşanın yeni prezidenti seçildi

Polşanın yeni prezidenti seçildi

5 İyul 2010, 09:39

Polşada prezident seçkilərinin ikinci turu başa çatıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Bronislav Komorovski prezident seçkilərində qalib gəlib. Exit-poll-un nəticələrinə əsasən, ikinci turda məğlub olmuş Yaroslav Kaçinski artıq rəqbini qələbə münasibətilə təbrik edib. “Başlanğıc üçün yaxşı əlamət kimi mən qalibi təbrik etməliyəm”,-deyə Kaçinski bildirib.

Exit-poll-un nəticələrinə əsasən Bronislav Komarovski səslərin 53 faizini əldə edib.  Kaçinski isə seçicələrin 47 faizinin dəstəyini qazanıb.

  Polşa Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə isə bülletenlərin 95 faizinin hesablamasından sonra Komarovski Kaçinskidən irəlidədir. Seçkinin rəsmi nəticələri bu gün günortadan sonra açıqlanacaq

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?