Modern.az

Hillari Klinton İrəvanda “erməni kələyi”ndən daddı

Hillari Klinton İrəvanda “erməni kələyi”ndən daddı

Təhsil

5 İyul 2010, 10:23

İrəvana səfəri gedişində ABŞ-ın dövlət katibi Hillari Klinton erməni kələkbazlığı ilə üzləşib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, hiyləgərliyi ilə tarix boyu ad qazanmış ermənilər Amerka dövlət katibini “müstəqillik tortu”na qonaq ediblər.  Nahar zamanı Klintona Amerikanın müstəqilliyinə həsr olunmuş qırmızı-ağ-yaşıl tort təqdim olunub. “Müstəqillik tortu” Klintonun çox xoşuna gəlib. Klinton bəyan edib ki,  Amerika və Ermənistanın bir çox məsələlərdə baxışları üst-üstə düşür. Amerkanın öz müstəqilliyinin 234-cü ildönümünü qeyd etdiyini deyən dövlət katibi əlavə edib ki,  “Amerikada da  ermənilər kimi müstəqilliyin müqəddəs olduğunu anlayırlar” (erməni mətbuatı belə yazır-Modern.az).

 

“Amerika xalqı 234 il əvvəl  sübut edib ki, heç bir qüvvə onu müstəqilliyindən məhrum edə bilməz. Bunu erməni xalqı da sübut edib. Amerika müstəqilliyin ilk günlərindən Ermənistanın yanındadır”,-deyə xarici işlər naziri  Nalbandyan bildirib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!