Modern.az

6 ayda "190" nömrəli telefon məlumat xidmətinə 25 763 müraciət daxil olub

6 ayda "190" nömrəli telefon məlumat xidmətinə  25 763 müraciət daxil olub

5 İyul 2010, 10:42

Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") daxil olan müraciətlərin operativ cavablandırılması nəticəsində, bu mütərəqqi məlumat xidmətinə müraciət edənlərin  sayı artır. Belə ki, bu ilin 6 ayı ərzində telefon məlumat xidmətinə ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olan zənglərin sayı 61 faiz çox olub.

               Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılır. Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 09.00-dan 13.00-dək və 14.00-dan 18.00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir.  13.00-dan 14.00-dək isə telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçir. Bu zaman suallar avtomatik olaraq robot tərəfindən standart formada cavablandırılır. Avtomatik iş rejimi həmçinin iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

          Cari ilin ilk 6 ayı ərzində telefon məlumat xidmətinə daxil olan 25 763 sorğu və müraciətin 52,8 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 47,2 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

          Hesabat dövründə “190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Müraciətlərin 49 faizi (6651) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 23,3 faizini (3172) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 27,7 fazi (3773) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

        Müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə edilib. Aparılan araşdırmalara əsasən, canlı əlaqə zamanı telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb.

        “Nəzərə çatdıraq ki, "190" nömrəli telefon məlumat xidmətinin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarına dərhal aydınlıq gətirməkdir. Məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkilinə aid sualların operativ şəkildə cavablandırılması həyata keçirilir. Bu xidmət vətəndaşların Fondun orqanlarına gəlmədən operativ informasiya almalarına şərait yaradır. Тelefon məlumat xidmətindən istifadə qaydaları Fondun internet saytına (www.sspf.gov.az) yerləşdirilib”-deyə fonddan bildirilib.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar