Modern.az

Türkiyədən İsrailə jest

Türkiyədən İsrailə jest

5 İyul 2010, 11:59

Türkiyənin Müdafiə Nazirliyi rəsmi qaydada  İsrail Müdafiə Nazirliyinə Aralıq dənizində birgə axtarış-xilasetmə işlərinin aparılması təlimlərindən imtina etməsi barədə xəbərdarlıq ünvanlayıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  təlimlər avqust ayında nəzərdə tutulub. İsraildə nəşr olunan “Yerusəlim post” qəzeti bunun səbəbini Qəzzaya humanitar yardım daşıyan gəmidə baş vermiş faciə ilə izah edir. Qeyd edək ki, məlum hadisədə 8 Türkiyə və bir Amerika vətəndaşı olan  türk həlak olmuşdu.  Beləliklə də adı çəkilən təlimlər ABŞ və İsrailin iştirakı ilə keçiriləcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi