Modern.az

Diaspor mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq

Diaspor mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq

Media

5 İyul 2010, 13:41

Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə diaspor mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq. Bu məqsədlə iyulun 17-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət  Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə mərasim keçiriləcək. Bununla həmin təşkilatların «Diaspor mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılması» mövzusunda birgə layihəsinə yekun vurulacaq. Qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hər il milli mətbuat günü ərəfəsində diaspora mövzusunun işıqlandırılmasına dair müsabiqənin təşkili və qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

 

Mətbuat Şurasından Modern.az-a verilən məlumata görə, mükafatlandırılmanın həyata keçirilməsi üçün üç qurumun nümayəndələrindən ibarət birgə işçi qrupu yaradılıb. Qrup 2010-cu ilin əvvəlindən KİV-lərdə diaspor mövzusunda qələmə alınan materialların monitorinqini aparmaqdadır. Toplanmış müvafiq materiallar iyulun 12-dən müsabiqə üzrə yaradılan Münsiflər Heyətinə təqdim olunucaq. Həmin tarixədək müsabiqəyə yazı qəbulu da davam etdirələcək (yazılar iyulun 12-dək Azərbaycan Mətbuat Şurasına çap və elektron variantda əslləri ilə bilikdə təqdim edilməlidir).

 

Müsabiqənin mükafatlandırılma fondu aşağıdakı kimidir.

 

I  yer                                       -           1 nəfər                        1000 manat

II yer                                      -           2 nəfər                        800 manat

I II yer                                     -           3 nəfər                        500 manat

Həvəsləndirici mükafat          -           10 nəfər                      200 manat

 

Qaliblərə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin diplomları da təqdim olunacaq.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub