Modern.az

Yol hərəkəti qaydalarına dair daha bir aksiya başlayır

Yol hərəkəti qaydalarına dair daha bir aksiya başlayır

5 İyul 2010, 17:40

Azərbaycanda yol hərəkəti qaydalarının öyrənilməsi ənənələrinin, təcrübəsinin formalaşması prosesində və ona riayət edilməsində bir sıra problemlər mövcuddur. Ölkədə isə avtomobillərin  sayı sürətlə artır. Bu sahədəki problemlərdən biri yol hərəkəti qaydaları haqqında əhalinin məlumatlılıq səviyyəsinin aşağı olması və buna biganə yanaşmasıdır. Məhz bunun nəticəsidir ki, sürücülər və piyadalar yol hərəkəti qaydalarının gözlənilməsi prosesində aktiv iştirak etmirlər.

Problemin həllinə kömək məqsədi ilə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Dünya bankının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə Yol hərəkəti qaydalarına riayət edilməsində gənclər təşəbbüsü” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində məqsəd gəncləri yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında könüllü olaraq maarifləndirici aksiyalara cəlb etmək, sürücüləri yol mədəniyyətinə və avtomobillərini idarə edərkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırmaq, piyadaların  onlar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə dəvət etmək və ictimaiyyətin diqqətini yol təhlükəsizliyi  qaydalarına riayət olunmasının zəruriliyinə və onun törətdiyi fəsadlara yönəltməkdir. Bakı, Ağdam, Xanlar və Qusar rayonlarında könüllü gənclər  maarifləndirici aksiyalar keçirəcəklər. Könüllülər seçilmiş sərnişin avtobuslarının üzərinə təbliğat vinillərini yerləşdirəcək və şəhərdə əhalinin sıx olduqları yerlərdə piyada keçidlərində aksiyalar təşkil edərək piyadaların və sürücülərin yol mədəniyyətinə və qaydalarına əməl etmələrinə çağırış xarakterli aksiyalar təşkil edəcəklər. Həmçinin, DYP postlarında tanınmış insanlarla birlikdə könüllülər minik avtomobillərinin sürücülərinə maariflənddirici təbliğat bukletləri paylayacaqlar.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi