Modern.az

Səfər Əbiyev həmsədrləri Ermənistana qarşı daha təsirli tədbirlər görməyə çağırıb

Səfər Əbiyev həmsədrləri Ermənistana qarşı daha təsirli tədbirlər görməyə çağırıb

Təhsil

5 İyul 2010, 18:32

st1:*{behavior:url(#ieooui) } Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bazar ertəsi ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Səfər Əbiyev görüşdə deyib ki, Ermənistanın təcavüzkar işğalçı siyasətini dayandırması ücün həmsədr ölkələr daha təsirli tədbirlər görməlidir. S.Əbiyev qeyd edib ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün öncə Ermənistan işğalcı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkməlidir. Bir sıra beynəlxalq təşkılatların qəbul etdikləri qərar və qətnamələrin də bunu tələb etdiyini xatırladan nazir, əks yolun ağır problemlər meydana gətirəcəyini bildirib.  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır