Modern.az

Elmar Məmmədyarov: “Hərbi əməliyyat imkanı aktual olaraq qalır”

Elmar Məmmədyarov: “Hərbi əməliyyat imkanı aktual olaraq qalır”

6 İyul 2010, 09:40

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyada nəşr olunan Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli, Nabukko layihəsi kimi məsələlərə toxunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Dağlıq Qarabağda intensivləşən atəşkəs rejiminin pozulmasına toxunan Elmar Məmmədyarov qeyd edib ki,  o, dəfələrlə beynəlxalq birliyi Qarabağ ətrafındakı vəziyyətə dondurulmuş münaqişə kimi baxmamağa çağırıb. “Mən artıq erməni diplomatlara demişəm: əgər vəziyyətin nizama salınmasında diplomatik irəliləyiş mümkünsə, onu uzatmaq lazım deyil”-deyən Azərbaycanın XİN başçısı iyunun əvvəlində parlament tərəfindən qəbul olunmuş Azərbaycanın hərbi doktrinasını da birbaşa hərbi təhdid  hesab etmədiyini deyib. “Bu, indiki situasiyaya reaksiyadır: ərazisinin bir hisssəsi işğal olunmuş istənilən dövlət BMT xartiyasına uyğun olaraq, həmçinin hərbi güc tətbiq olunması yolu ilə özünümüdafiə hüququna malikdir”deyən Elmar Məmmədyarov bununla belə, Qarabağ münaqişəsinin həllində diplomatik həll variantının tükənmədiyini deyib. 

  

“Hərbi ritorikaya son qoyulmasının ən yaxşı yolu erməni hərbi qüvvələrinin onlara aid olmayan Azərbaycanın işğal olunmuş 20 faiz ərazisindən çıxarılması olardı”,-deyə XİN başçısı bildirib. Nazir bəyan edib ki, Azərbaycanın 20 faiz ərazisi işğal olunub, orada etnik təmizləmə aparılıb, bu ərazidə bir nəfər azərbaycanlıya rast gəlmək olmaz. Buna görə də Elmar Məmmədyarov hesab edir ki, müharibə variantından tam imtina etmək olmaz.

 

Nazir Azərbaycanın Avropa strukturlarına inteqrasiyasını ölkəmiz üçün prioritet məsələ olduğunu qeyd edib. Nabukko layihəsindən danışan nazir Xəzər qazının Avropaya Gürcüstan, Türkiyə və Rusiya ilə nəqli imkanlarının olduğunu deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir