Modern.az

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi işçi axtarır

6 İyul 2010, 10:22
Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin baş mühəndis-proqramçı (Gəncə şəhəri üzrə) və inspektor-kriminalist (Bakı şəhəri üzrə) vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib. 

Modern.az DİN-ə istinadla xəbər verir ki, baş mühəndis-proqramçı (Gəncə şəhəri üzrə) vəzifəsinə namizəd - dövlət təhsil müəssisələrində ali - texniki təhsili almış, proqramlaşdırma dillərindən birini əla səviyyədə bilməli, Microsoft Windows Server, LİNUX tipli əməliyyat sistemləri ilə işləmək təcrübəsi, şəbəkə sistemləri və şəbəkə avadanlıqları haqqında mühəndis-texniki biliyə malik olmalıdır.

İnspektor-kriminalist (Bakı şəhəri üzrə) vəzifəsinə namizəd - dövlət təhsil müəssisələrində ali - texniki təhsili almış, müasir kompüter proqramları ilə işləmək təcrübəsi, şəbəkə sistemləri və şəbəkə avadanlıqları haqqında mühəndis-texniki biliyə malik olmalıdır.

Müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 165 santimetrdən  aşağı, yaşı isə 30-dan yuxarı olmayan və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Vakant vəzifələrə təyin olunacaq müsabiqə qaliblərinin  xidmət yerləri başqa ixtisas tələb edən sahələrə dəyişdirilməyəcək.

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq istəyən şəxslər bu elanda göstərilmiş ünvanda yerləşən DİN-in Müsabiqə Komissiyasına müraciət edərək (o cümlədən elektron ərizə ilə) şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi billet, əmək kitabçası (olanlar üçün), ixtisas təcrübəsini təsdiq edən müvafiq diplom və sertifikatlarını təqdim etməlidir.

Təqdim olunmuş sənədlər əsasında vətəndaşın müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş tapşırıqlar və normativlər üzrə DİN-in müvafiq komissiyaları tərəfindən yoxlanılır.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər 2010-cu ilin avqust ayının 10-dək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər. (E-mail: [email protected]    Əlaqə telefonu - (012) 590-92-54)

Modern.az



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!