Modern.az

Əbdürrəhman Vəzirov: “Məndən sonra Gəncəyə gələn birinci katib rüşvət alırdı”

Əbdürrəhman Vəzirov: “Məndən sonra Gəncəyə gələn birinci katib rüşvət alırdı”

Ölkə

12 İyul 2014, 11:43

Azərbaycanın eks-rəhbərinin “Mənim diplomatik xidmətim” memuarından parçalar...


Azərbaycana rəhbərlik etmiş (Azərbaycan SSR KP MK-nın13-cü birinci katibi - 1988-1990), 84 yaşlı eks-diplomat Əbdürrəhman Vəzirovun öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabını yazıb. Azərbaycanda ictimaiyyətin geniş nəzərindən yayınan kitabda Vəzirov öz həyat yoluna işıq salıb və o zamankı sovet rəhbərliyi ilə münasibətlərini, qürbət ölkələrdə səfir kimi çalışarkən keçirdiyi görüşləri, mövcud ictimai-siyasi situasiyanı şərh edir.
Modern.az saytı Azərbaycanın sabiq rəhbərinin xatirələrini ixtisarla təqdim edir.

Əbdürrəhman Vəzirov kitabında ilk olaraq diplomat ixtisasına olan həvəsini və ailə üzvlərinin təkidi ilə Azərbaycan Sənaye Universitetinin energetik fakültəsinə daxil olması barədə yazır:

“Yeniyetmə vaxtlarımdan xarici siyasətlə maraqlanmışam. Qohumlarımdan biri məni “siyasət oğlan” deyə çağırırdı. İngilis dilini öyrənməyə, məşhur diplomatların və siyasətçilərin memuarlarını oxumağa başladım.

1947-ci ildə Bakının məşhur 160 nömrəli məktəbini (attestatda hamısı “5” idi və yalnız inşa yazısına görə “4” almışdım, o vaxt buna görə medal vermirdilər) bitirdim. Mən Moskva Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmağı düşünürdüm. Həmin il bu təhsil müəssisəsinin əməkdaşları Bakıdan abituriyent toplamağa gəlmişdilər. Sənədləri verdim, nəzərdə tutulan imtahanları verdim və müsahibədən sonra Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olundum. Moskvaya uçuş vaxtını dedilər. Oxumaq üçün paytaxta gedənlərə paylanılan isti paltonu evə gətirəndə ailə məşvərəti toplandı. Ailənin böyükləri məsləhət gördülər ki, nəslimizin çoxillik ənənəsini pozmayım və mühəndis təhsili alım. Və əlavə etdilər: “Yaxşı başın olsa, həmişə diplomat ola bilərsən, amma alınmasa, həmişə mühəndis ixtisasın köməyinə gələcək”.
Qəbul imtahanlarını verdiyim Azərbaycan Dövlət Universitetinin rəhbərliyinin icazəsi olmadan attestatım geri verilmirdi. Belə olan halda mən və Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla İsmayıl oğlu Qarayevlə şəxsi tanışlığı olan əmim Cəlil Rzayeviçlə onun qəbuluna getdik. O hər cəhdlə məni fikrimdən döndərməyə çalışırdı və attestatı əlimə verən anda hirsindən onu cırdı. Beləliklə mənim arzum ürəyimdə qaldı, amma 2009-cu ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu nəvəm Xəlil bitirdi.
Elə həmin il Azərbaycan dili üzrə imtahan verdim və Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) energetika fakültəsinin 1-ci kursuna daxil oldum”.   

1952-ci ildə institutu bitirən Əbdürrəhman Vəzirov komsomolda daha sonra isə Kommunist Partiyası orqanlarında çalışmağa başlayır. Həmin dövrü böyük hərarətlə xatırlayan siyasətçi partiya orqanlarına gəlişi, Gəncə Şəhər Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi və Hindistanda diplomatik işə başlayan qədər tutduğu digər vəzifələri barədə danışır.

“Bütün 60-cı illəri ruslar demiş “zəngdən-zəngə” qədər Mərkəzi Komitənin Ümumxalq Komsomolunun katibi kimi çalışdım. Və həyatımın möhtəşəm mərhələsi ilə - komsomoldakı fəaliyyətimlə vidalaşmalı oldum. Partiyaya məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya-Təşkilat işləri üzrə şöbə rəisinin 1-ci müavini Nikolay Aleksandroviç Petroviçev dəvət etdi.

O xəbər verdi ki, Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Heydər Əlirza oğlu Əliyev Mərkəzi Komitəyə müraciət edərək məni Bakıya göndərməyi və rəhbər vəzifəyə təyin olunmağımı xahiş edib.

1970-ci ilin yanvarında Moskva ətrafıbdakı “Barvixa” sanatoriyasında istirahət edən Heydər Əliyev mənə zəng etdi. Görüşdük, tanış olduq. O dedi ki, Azərbaycan MK Komsomolunun 1-ci katibi olarkən məni yadında saxlayıb. Mənim Bakıya qayıtmağımla bağlı mövqeyimi soruşdu. Cavab verdim ki, doğma respublikam üçün faydalı olmaq istəyirəm və etiraf etdim ki, onun mənfi hallara qarşı elan etdiyi mübarizəni dəstəkləyirəm.

Əliyev mənə mənə bir neçə post təklif etdi: Naxçıvan Vilayət Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Bakı Şəhər Kommunist Partiyası MK-nın 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Orqanları ilə iş üzrə şöbəsinin rəhbəri və respublikanın daxili işlər naziri. Bu təklifə cavab olaraq partiya orqanlarında təcrübəm ollmadığını nəzərə alıb, Sumqayıtda işləmək istədiyimi bildirdim. Bir tərəfdən respublika Kommunist Partiyası Mərkəzi Komitəsi komsomolunun 1-ci katibi olarkən bu şəhəri yaxşı tanıyırdım, həm də uzun illər atam bu şəhərin tikinti təşkilatlarının rəhbəri çalışmışdı.
Amma Əliyev Kirovabad (Gəncə) şəhərinin 1-ci katib olmağı təklif etdi.       

Kirovabadın (Gəncə) 1-ci katibi olmağa razılıq verdikdən sonra şəhərin neqativləri, problemlərinin həlli üçün barədə kifayət qədər işlər gördüm. Kirovabadın (Gəncə) sosial-iqtisadi və mənəvi inkişafı üçün görülən işlərdən ötrü qürur duyuram. Bu şəhərdə keçirdiyim 4 ildən sonra yenidən Bakıya çağırıldım və Kommunist Partiyasının Sənaye-Nəqliyyat şöbəsinə rəhbər təyin olundum.
1975-ci il dekabrın 10-da Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 2-ci katibi Sergey Vasilyeviç Kozlov özünəməxsus istehzalı təbəssümlə məni yeni təyinatım münasibətilə təbrik etdi (SSRİ-nin Kəlküttədəki konsulluğunun rəhbəri) və dekabrın 15-ə qədər Mərkəzi Komitənin xaricdəki kadrlarla iş üzrə şöbəsinə yaxınlaşmağımı tapşırdı.
Sonralar Hindistanın Kəlküttə şəhərində konsul olarkən mənə danışırdılar ki, yerimə Kirovabad Şəhər Komitəsinin 1-ci katibi təyin olunan Əsgər Qəhrəman oğlu Məmmədov “Vəzirovun 1-ci katib kimi 4 il ərzində almadığı hər şeyi şəhərin müəssisə və qurumlarından ona verilməyəni tələb etmişdi”.

Ardı olacaq...

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!