Modern.az

Putindən Gürcüstana təklif

Putindən Gürcüstana təklif

6 İyul 2010, 10:32

Rusiyanın baş naziri Vladimir Putin ABŞ dövlət katibi Hilari Klintonun Tiflisdə Moskva əleyhinə səsləndirdiyi kəskin bəyanatına münasibət bildirib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Gürcüstan və Cənubi Osetiyanı dialoqa dəvət edib. Onun sözlərinə görə, Gürcüstan və Cənubi Osetiya problemlərin həllini kənarda axtarmamalı və münasibətlərini özləri nizamlamalıdırlar. “Bu, iki razılaşan tərəfin işidir. Problemin həllini kənarda axtarmaq  lazım deyil. Bu müharibəni biz başlamadıq. Məsuliyyəti müharibəni başlayanlar çəkməlidir. Və onlar özlərində cəsarət taparaq insanların yaralanmış ürəklərinə yol tapmalıdırlar. Kimlərsə deyir ki, Cənubi Osetiya işğal olunub, kimlərsə deyir ki, azad olunub. Bu, iki xalq – gürcü və Cənubi Osetiya xalqı arasında dialoq mövzusudur”,-deyə Putin bildirib.

 

Putinin bəlağətli təklifinə Gürcüstandan təklif gəlməyib. Lakin Tiflis Abxaziya və Cənubi Osetiya vətəndaşlarına əldə etdikləri Rusiya vətəndaşlığı pasportlarını neytral statuslu şəxsiyyət vəsiqələri ilə əvəz etməyi təklif edib.  Tiflis bu yolla işğal olunmuş respublika əhalisinin Gürüsütan cəmiyyətinə inteqrasiya etməyə çalışır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir