Modern.az

Bu ilin hər 3 günündə bir jurnalist öldürülüb

Bu ilin hər 3 günündə bir jurnalist öldürülüb

6 İyul 2010, 10:38

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Cenevrənin “Presse Emblemi Campagne” (PEC) adlı sivil toplum quruluşu, il başından bəri dünyada 59 jurnalistin vəzifə başında həyatını itirdiyini bildirib.

Münaqişə bölgələrindəki jurnalistlərin daha yaxşı müdafiəsi üçün səy göstərən Cenevrə mərkəzi PEC –in açıqlamasında bildirilib ki, media nümayəndələri üçün ən təhlükəli ölkələrin başında, 9 jurnalistin öldürüldüyü Meksika gəlir.

Açıqlamada, bu ölkəni 8 jurnalist cinayəti ilə Hondurasın izlədiyi, Pakistanda 6, Nigeriya və Filippində 4 jurnalistin həyatını itirdiyi qeyd olunub.

PEC-in ümumi katibi Blez Lempen hökumətlər və beynəlxalq ictimaiyyətin bu cür cinayətlərin qarşısını almaq və cinayətkarların cəzalandırılması üçün daha qərarlı davranmalarını istəyib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır