Modern.az

Deputat Fəzail İbrahimli: "Traktorçunun boynuna qalstuk taxırdılar, çıxarıb atırdı..."

Deputat Fəzail İbrahimli: "Traktorçunun boynuna qalstuk taxırdılar, çıxarıb atırdı..."

6 İyul 2010, 11:32

st1:*{behavior:url(#ieooui) }

Modern.az saytının suallarını 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputat Fəzail İbrahimli cavablandırır - Fəzail müəllim, uzun illrədir ki, Bakı Dövlət Universitetinin professorusunuz. Bir müəllim kimi “5” ballıq sistemlə Milli Məclisin fəaliyyətinə neçə qiymət   verərdiniz?

- Milli Məclisin fəaliyyətinə elə “əla” qiymət verərdim.

- Tələbələrə də belə qiymət verirsiniz?

- Uşaqların verdikləri cavablar, onların savadı və tərbiyəsi, bütün bunlar həlledici amillərdir. Mən həmişə tələbələrə qiymət verən zaman bunların hamısını nəzərə alıram. Hərçənd tələbənin davranışı, dərsə davamiyyəti və sair məni qane etməsə də, verdiyi cavablar “əla”nı ödəyirsə, mən “əla” yazıram. Amma ona münasibətimdə təbii ki, davranışına, fəaliyyətinə xüsusi qiymətə ehtiyac olmadığı üçün, o mənim qəlbimdə qalır. Bir də var ki, davranışı da, özünü aparmağı da, bütün göstəriciləri savadı ilə tamamlanır. Bu zaman ona bir müəllim kimi şəxsi simpatiyam yaranır və  qiyməti də savadına uyğun “əla” yazanda mən ondan ləzzət alıram.

- Parlamentin fəaliyyətinə “əla” qiymət yazdınız. Hansı meyarı əsas götürürsünüz?

- İkinci çağırışda da Milli Məclisin deputat olmuşam. İndi Milli Məclis təpədən dırnağa qədər dəyişib. İndi bu binaya girən zaman hər bir Azərbaycan insanı deputat olsun, yaxud qonaq gəlsin, mənə elə gəlir ki, bu binaya baxıb təəccüblənməyə bilməz. İstənilən ölkənin parlament binası ilə müqayisədə bizim Milli Məclisin binası daha möhtəşəmdir. Kimsə Azərbaycan vətəndaşı bundan qurur duymaya bilməz. Bu məsələnin təşkilatı tərəfdi.

İkincisi, burada yaradılan şərait məni qane edir. Əgər əvvəllər deputatların normal fəaliyyəti üçün müəyyən  mane olan amillər var idisə, indi bunlar yoxdur. Biz yüksək səviyyədə iş şəraiti ilə təmin olunmuşuq. Əgər otağımızda kompüter, televizor, işləmək üçün insana lazım olan hər şey varsa, bunun özü artıq elə “əla” yazmaq üçün əsas əlamətlərdən biridir.

Nəhayət, üçüncü əsas həlledici məqam o oldu ki, bu çağrışda hər bir şəxs öz fikrini azad deyə bildi. Heç kimə mane olmadan, bütün məsələlələrə kifayət qədər demokratik prinsiplər müstəvisində yanaşıldı, heç kimin səsi kəslimədi, ona verilən vaxt daxilində fikirlərini deyə bildi. Burada diqqət çəkən məqamlardan biri də o oldu ki, sözə diqqət və danışanın söz məsuliyyəti oldu. Məsələn keçən çağırışla müqayisə etsək, bu çağrış söz məsuliyyəti tamamilə fərqlidir. Keçən dəfə hər kəs hər şey haqqında-aid oldu, olmadı, hətta sözü olmayanda “dalay-dalay” vurmaq fikrinə düşürdü.  İndi isə söz məsuliyyəti var. Onu da deyim ki, bu, Milli Məclisin fəaliyyətinə təkan verən məqamlardan biridir. Bəzən danışırdın, ətrafdakı səni dinləmirdi, yaxud səs-küy və sair mane olurdu. Mən müəlliməm, auditoriyada əgər səni dinləyən yoxdursa, orada məzmun, mahiyyət itir. Bax, artıq bu məsələlər Milli Məclisdə arzuolunan səviyyədədir.

- Sizcə, dediklərinizlə cəmiyyətin fikirləri üst-üstə düşürmü?

- Əvvəla, cəmiyyət Milli Məclisdə baş verənləri qəzetlərdən, jurnallaradan oxuyur. Biz isə bu məsələlərin iştirakçısıyıq. Deyim ki, Mili Məclisdə tale yüklü bütün məsələlərə çox diqqət verilib. Azərbaycanın tale yükülü məqamlarında Milli Məclis öz sözünü deyib. Milli Məclisin qarşısına qoyulan məsələlər kifayət qədər yerinə yetirilib. Milli Məclisin ən əla fəaliyət istiqamətlərindən biri onun xarici siyasət fəaliyyətidir. Bu fəaliyyət siyasətinin içərisində isə daha önəmli yer tutan Türkdili Dövlətlərin Parlament Assambleyasının yaradılmasıdır. Mən də onun üzvlərindən biriyəm. Ötən əsrin 90–cı illərində Turqut Özalın Türkdilli Dövlətlərin Parlament Asambleyasının yaradılması ilə bağlı ideyaları, sonradan Heydər Əliyevin dünya azərbaycanlıların həmrəyliyi ilə bağlı addımları, türk dünyası üçün vahid bir orqanın formalşması haqqındakı fikirləri, bunların hamısı nəzəriyyə, istək idi. Məhz bu parlamentin fəaliyyəti dövründə həmin məsələ reallaşdı. Bu məsələ Azərbaycan parlamentində baş verdi. Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı bu gün hələ kifayət qədər böyük addımlar atılmasa da, mən əninəm ki, bu, çox ciddi siyasi prosesin əsasını qoydu. Vaxtilə Qafqaz ölkələri istisna olmaqla türk xalqları öz dillərində danışa bilmirdilər. Konstiusiyalarında rus dili ana dili kimi qeyd edilmişdi. Yaxud Türkiyə ilə münasibətdə Azərbaycan insanı, milləti üçün hansı sədlər çəkilmişdi. Bu gün Azərbaycanın yeritdiyi balanslaşdırılmış siyasət məhz türk dünyası üçün bir önəm oldu. Azərbaycan parlamentində bu baş verir. Mərkəz ofis kimi Bakı seçildi. Azərbaycan parlamentində buna yer ayrıldı. Demək, daxili və xarici siyasətini yekunaşdırıb deyə bilərəm ki, buna görə də “əla” qiymət verdim. Qaldı ki, cəmiyyətlə bağlı onu deyim ki, ola bilsin çoxları razılaşmayacaq, mütləq razılıq tarixin heç bir dövründə olmayıb. Bu gün dünyada hegemonluq edən ABŞ-ın daxilində bir rəy sorğusu aparılsa, görərik ki, müxtəlif rəylər olacaq, camaat tam razı deyil. Cəmiyyətin bütün üzvləri razı qala bilməz, amma haqqı pozulananların mövqeyi tamamilə başqadır. Yaxud da ki, həyatda nəyəsə nail ola bilməyənlərin istəkləri başqadır. Bəzən isə nail olanların fikirlərində, düşüncələrində redaktə olunmayan mülahizələrlə cəmiyyəti ilkləyir. Bundan əlavə müxalifətçilik düçüncəsi ilə addım atan adamların bunlara münasibəti ayrıdır. Buna görə də mənim fikrim o demək deyil ki, cəmiyyət üçün ehkamdır. Bu bir fərdin fikridir. Əgər cəmiyyət məni ziyalı hesab edirsə, bu bir ziyalının fikridir. Bütün şüurlu həyatını tələbələrin təhsilinə, tərbiyəsinə həsr edən bir insanın fikridir.

- Parlamentdə fərdlərin ümumən fəaliyyətindən razısızmı?

- Mən 10 ildir ki, parlamentdəyəm. Müqayisə edək. Sovet dövründə qonşu kənddən bir traktorçunu SSRİ Ali Sovetinə deputat seçdilər. Bu traktorçunu geyindirmək çətin problemə çevildi. Bunun boynuna qalstuku vururdular, bu çıxarıb atırdı. Buna qalstuk vurub Moskvaya aparmaq üçün xüsusi adamlar təyin etdilər ki, axıracan bu qalstuk boğazında olsun. Yaxud bir sürücünü. O dövrün ideologiyasına baxanda bu gün  Azərbyacan parlamentinin hər bir üzvü  kifayət qədər sözünü deyə bilən, danışa bilən insanlardı. Bunların cəmiyyətdə yeri, bunların məntiqi, seçicilərlə münasibəti, cəmiyyətin bunlara münasibətini eyniləşdirmək olmaz. Bir ailədə beş nəfər övlad varsa, bunun ikisi alim, ikisi də fəhlə, hələ içərisindən bir narkoman da çıxa bilir. Bu da bir cəmiyyətdir. Bunun yaxşısı, pisi də, savadlısı, savadsızı da var. Fəzail İbrahimli tarixçidirsə, onun savadsız, məntiqsiz danışmaq ixtiyarı yoxdur. Tariçinin dili onun silahıdır. Riyaziyyatçının fikri, düşüncəsi onun silahıdır. Ona görə də hərə öz sahəsində. Bu məsələdə məni bir az qane etməyən məqamı deyim. Bəzən görürsən ki, parlamentdə deputatla bağlı məni qane etməyən cəhət odur ki, bəzi insanlar parlamentə seçiləndən sonra bunlar elə bilirlər ki, hər şeyi bilirlər. Bəzən görürsən ki, kənd təsərrüfatı mütəxəssisi daha çox ideologiyadan danışır. Kənd təsərrüfatı ilə bağlı məsələlər olanda tarixçilər, jurnalistlər yazılıb, özü də birinci. Hüquq məsələləri ilə bağlı olan zaman digər peşə sahibləri danışmağa icazə istəyirlər. Bu məsələləri keçən çağrışda da, ilk Məclisə gələn deputatlara da şamil edirəm. Amma bir, iki il keçəndən sonra sözün qüdrəti müzakirə olunan mövzuya nə dərəcədə müdaxilə olunması duyulduqdan sonra təzədən hər şey öz qaydasına düşür. Sonda söz sahibləri öz sözlərini deyir və o da müzakirə olunan məsələlərin taleyinə təsir edir.

- Bu 10 ildə özünüzə parlamentdən dost qazana bildinizmi?

- Mən burada kənarda tanıdığım insanların mahiyyətini dərk etdim. Bəziləri üçün təəssüfləndim ki, kaş elə bunu tanıdığım kimi tanıyardım. Tanımadığım adamlarla ünsiyyətdə isə kifayət qədər məzmunlu, əxlaqlı, cəmiyyətə yararlı insanlarla ünsiyyətdə ola bildim. Mən bir az dost məfhumundan qaçıram. Dostluq dərəcəsinə çatmasa da, ona yaxınlaşan adamları tapa bildim. Ad çəkmək istəmirəm. Onların sayı çoxdur. Bu müsahibəni oxuyanda onlar mənim qəlbimdə, ruhumda olduqlarını hiss edəcəklər.

- Öz fəaliyyətinizlə bağlı nə deyə bilərsiz? Əvvəlki və indiki çağrış parlamentdə faliyyətinizi müqayisə edərdinizmi?

- Parlament Jurnalistləri Birliyinin bir sıra nominasiyalarının qalibi olmuşam. 2003-cü ilin ən cəsarətli, 2004-cü ildə ilin ən fəal deputatı oldum. 2005-ci ildə isə 5 illik fəaliyyətimə görə ilin ən fəal deputat nominasiyasının qalibi oldum və bunların diplomları da hazırda arxivimdədir, bu mənim tərcümeyi-halımdı. Bu dəfə isə bu nominasiyaların heç birinin qalibi olmadım. Söhbət ondan getmir ki, mən cəsarətimi, fəallığımı əlimdən buraxdım. Hər aşiqin öz dövranı var. Məsələn, o dövrdə cəsarətli deputat olmağım üçün əsas cəbhəm nədən ibarət idi. Milləti daha çox düşündürən yol, işıq, qaz problemi, cəmiyyətdəki mövcud durum, regionlara münasibətdəki  müəyyən qədər qane etməyən məqamlar. Mənim o beş ildə fəryadla dediyim fikirlərin hamısının yeni çağrışda reallaşdığını gördüm. Bu gün durum yenidən həyata keçirilmişlər haqqında tələblər qoyum. Bu ədaləsiz görünərdi. İnsan həmişə danışanda vicdanına, onu yaradan Tanrıya mütləq tabe olsun. Onun hökmü ilə hərəkət etsin. Məsələn, seçildiyim dairəni deyim. Birinci dəfə proporsional seçki idi, ikincidə isə Cəlilabaddan- 69–cu dairədən seçildim. Beş il ərzində Cəlilabadın başdan başa dəyişməyi, 16 obyektin açılışı, son gedişdə içərimdən bir fikir keçdi ki, Allah yaxşı adamlara həmişə rəhmət etsin, sovet dövründə Cəlilabadın birinci katibi Qurbanov vardı, o Cəliabadda elə yüksək səviyyədə işlər aparmışdı ki, Cəlilabad respublika içərisində həmişə nümunə olurdu. Sonradan onun gördüyü işlər dağdıldı. Cəlilabad məsələn, cəhənnəmin dahiyanə surəti çəkilmiş əksini bənzədirdi. İndi ora gedən hər kəs görür ki, tamam başqa aləmdir. Bunu Gəncəyə də şamil etmək olar. Keçən çağrışda Gəncəyə gedən zaman hiss edirdim ki, Nizaminin ruhu narahatdır. Gəncə xaraba idi. Bu gün gedirsən, necə abadlaşıb. Respublikada regionların sosial-iqtisadi inkişafına baxdıqda bunu etiraf etməmək ən aşağısı yaxşını, müsbəti, irəliləyişi görməmək kimi görünərdi. Digər tərəfdən, dövlətimizlə, tale yüklü məsələlərlə bağlı öz fikirlərim olub. Çox az danışsam da , çalışmışam həmişə mənalı, mahiyyətli danışım, ədalətli mövqedə durum. Mən şıltaqlıq, çığallıq etmək, kiminsə xoşuna gəlmək, görünmək üçün danışmaq kimi iddialardan uzaq olduğum üçün bir az sakit və təmkinli bir deputat həyatı yaşadım.

- Növbəti parlament seçiləridə namizədliyinizi irəli sürəcəksinizmi?

- İnşallah mən seçkilərdə iştirak edəcəm. Özümü sınayacam. Əgər cəmiyyət, seçildiyim dairədəki insanlar məni qəbul edəcəksə, səs verəcəksə, təbii ki yenidən növbəti seçidə iştirak etmək fikrindəyəm.

  

Təhminə PAŞAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir