Modern.az

Təhsil Nazirliyi uşaqların I sinfə qəbul qaydalarını dərc etdi

Təhsil Nazirliyi uşaqların I sinfə qəbul qaydalarını dərc etdi

6 İyul 2010, 12:56

Təhsil Nazirliyi “Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları”nı təsdiq edib. Nazirliyin 796 nömrəli əmri ilə təsdiq edilən qaydalar "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanıb və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı prosedurları müəyyən edir. Modern.az-ın məlumatına görə, qaydalar bu gün Təhsil Nazirliyinin internet saytında dərc olunub.

 

Qaydalara görə, ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər.

İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.

Komissiyanın rəyi əsas tutulmaqla vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmiş uşaqlar haqqında yerli təhsil orqanlarına məlumat göndərilir. Həmin uşaqların müvafiq məktəblərin I sinfinə qəbulu mövcud qaydalar üzrə rəsmiləşdirilir. Naxçıvan MR ərazisində uşaqların vaxtından əvvəl I sinfə qəbulu bu “Qaydalar” əsasında Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.  Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?