Modern.az

Tərtərdə yerli sakinlərlə köçkünlər arasında kütləvi dava-dalaş olub

Tərtərdə yerli sakinlərlə köçkünlər arasında kütləvi dava-dalaş olub

6 İyul 2010, 14:07

Bu gün səhər saatlarında Tərtər rayonunda yerli sakinlərlə burada məskunlaşan Ağdam köçkünləri arasında kütləvi dava-dalaşla nəticələnən qarşıdurma baş verib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib, tərəflər bir-birlərinə xəsarət yetiriblər. Olay yerinə çağırılan polisin müdaxiləsindən sonra dava-dalaşa son qoymaq mümkün olub. Rayon sakinlərinin Modern.az saytına verdiyi məlumata görə, hadisə nəticəsində yaralananlar və həbs olunanlar var. Faktla əlaqədar rayonun hüquq-mühafizə orqanları ilə əlaqə saxlaya bilmədik. Tərtər rayonundan olan millət vəkili Aynur Quliyeva isə Modern.az-a deyib ki, hadisə Tərtər sakinləri ilə Ağdamın Şotlanlı kəndinin sakinləri arasında baş verib. Rayonun hüquq-mühafizə orqanları ilə əlaqə saxladığını deyən A.Quliyeva hadisə zamanı ölənin olması barədə söylənilənləri təkzib edib. Deputat faktla əlaqədar hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını, lakin heç kimin həbs olunmadığını  bildirib. A.Quliyeva deyib ki, olay nə torpaq üstündə, nə də digər zəmində baş verib. O, hadisəni gənclərin küçə savaşı adlandırıb. Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı