Modern.az

Jurnalistlər pulsuz müayinə olunacaqlar

Jurnalistlər pulsuz müayinə olunacaqlar

6 İyul 2010, 16:08

22 iyul milli mətbuatın yaranmasının135 illiyi günü münasibətilə müxtəlif tədbirlər planlaşdırılır. Ayrı-ayrı təşkilatlar tərəfindən jurnalistlərə fəxri adlar, pul mükafatları, diplomlar, qiymətli hədiyyələr veriləcək, bayram münasibətilə qonaqlıqlar təşkil olunacaq. Parlament Jurnalistləri Birliyi isə milli mətbuat günü ilə bağlı bir qrup jurnalistin pulsuz olaraq həkim müayinəsindəm keçməsini təşkil edəcək. Bu barədə Modern.az-a qurumun rəhbəri Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, Tusi adına Klinika ilə əldə olunan razılaşmaya əsasən, Parlament Jurnalistləri Birliyinin 20-yə yaxın üzvü gələn həftə pulsuz həkim müayinədən keçəcəklər: “Bu təşəbbüs Mili Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızından gəlib. Biz də razılığımızı verdik. Hesab edirəm ki, bu məsələ ənənə halını alacaq və digər jurnalistlərimizin müayinə olunması üçün başqa klinikalar öz təkliflərini irəli sürəcəklər”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir