Modern.az

Gürcüstan parlamenti Azərbaycandakı gürcülərin vəziyyətini müzakirə edib

Gürcüstan parlamenti Azərbaycandakı gürcülərin vəziyyətini müzakirə edib

Təhsil

6 İyul 2010, 16:55

Gürcüstan parlamentində Azərbaycanda yaşayan gürcülərin vəziyyətini öyrənən işçi qrup yaradılıb. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın qanunverici orqandan “Qafqaz-press” agentliyinə bildirilib ki, Gürcüstanda Azərbaycandakı gürcü diasporasının vəziyyətini araşdıran hökumət və parlament nümayəndələrindən ibarət birgə işçi qrup yaradılır. Bu məsələ parlamentin xarici ölkələrdəki həmvətənlərlə iş üzrə komitəsində müzakirə olunub. Parlament dinləmlərində Azərbaycandakı gürcülərin problemləri kontekstində Gürcüstan – Azərbaycan münasibətləri də müzakirə olunub.  Məlumata görə, mövzunun “spesifikliyi” nəzərə alınaraq dinləmələr qapalı keçib. Dinləmələrdə Gürcüstan Xarici İşlər Nazirliyinin Azərbaycandakı  gürcülərin vəziyyətinə dair hazırladığı sənəd təqdim olunub. İclasda parlament nümayəndələri ilə yanaşı, nazirlik və digər hökumət idarələrinin təmsilçiləri də iştirak ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!