Modern.az

Mövlut Çavuşoğlu: “İsrail üzr istəməlidir”

Mövlut Çavuşoğlu: “İsrail üzr istəməlidir”

6 İyul 2010, 17:46

İsrail “Azadlıq donanması”na qarşı hücumuna görə Türkiyədən üzr istəməli və təzminat ödəməlidir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının sədri Mövlut Çavuşoğlu “Russia Today” telekanalına verdiyi musahibədə bildirib.

“Əvvələ, İsrail üzr istəməli və öz hərəkətlərinə görə təzminat ödəməlidir. Türkiyənin şərti belədir”,-deyə Çavuşoğlu bildirib. Onun sözlərinə görə, baxmayaraq ki, “Azadlıq donanması”na daxil olan gəmilərdən bir neçəsi Türkiyəyə məxsusdur və hücum zamanı 9 türk həlak olub, Ankara heç vaxt baş verənləri Türkiyə və İsrail arasında problem hesab etməyib. 

“Bu, beynəlxal problemdir, çünki hadisə beynəlxalq sularda baş verib”.  Onun sözlərinə görə, İsrail hadisənin beynəlxalq komissiya tərəfindən araşdırılmasına razılıq verməlidir.  “İsrail beynəlxalq qanunları pozub və insan haqlarını tapdalayıb”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir