Modern.az

Avstriyalılar BDU-nun jurnalistika fakültəsində mühazirə oxumaq istəyirlər

Avstriyalılar BDU-nun jurnalistika fakültəsində mühazirə oxumaq istəyirlər

Mədəni̇yyət

6 İyul 2010, 19:34

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Vyana Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Volfqanq Vislozil və professor köməkçisi Juliya Vippersbergi qəbul edib. Görüş zamanı məlum olub ki, qonaqlar Azərbaycanda media sahəsində gedən proseslər, KİV-in inkişaf səviyyəsi, o cümlədən jurnalistika fakültəsi, onun tədris proqramları ilə maraqlanmaq arzusundadırlar. Professor Volfqanq Vislozil Azərbaycan və ümumiyyətlə Cənubi Qafqazın Avropanın diqqətində olduğunu bildirib. Qeyd edib ki, onların istəkləri Avropa media təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşmək və jurnalistika fakültəsinin tələbələri üçün mühazirə oxumaqdır. Juliya Vippersberg isə qeyd edib ki, o, hüquq və jurnalistika sahəsində mütəxəssis, Vyana Universiteti Senatının tədris proqramlarına məsul şəxsdir.

Akademik Abel Məhərrəmov qonaqların fikirlərini yüksək qiymətləndirib və onların jurnalistika fakültəsində müzahirə oxumaq fikirlərini təqdir edib: «Bizim buna ehtiyacımız var. Azərbaycan uzun illər okean sularına Sovet gəmisi ilə çıxıb. İndi isə öz gəmimizlə çıxırıq. Ona görə də üzmək təcrübəmiz az, problemlərimiz çoxdur. Məhz bu baxımdan sizin kimi peşəkar, böyük təcrübəsi olan curnalistlərə ehtiyacımız var». Rektor, eyni zamanda, Azərbaycan təhsil sisteminin Boloniya prosesinə keçməsindən, BDU-da təhsil alan xarici tələbələrdən, jurnalistika fakültəsinin magistr pilləsi ilə bağlı nəzərdə tutulmuş ideyalardan danışıb. Rektorun fikirlərinə böyük önəm verən qonaqlar qeyd ediblər ki, jurnalistlər, əsasən də xəbər agentliyində çalışanlar təkcə daxili xəbərlərlə kifayətlənməli deyillər. Onlar mütləq xaricə çıxmalı və qlobal hadisələri özününküləşdirməlidirlər.

Qeyd edək ki, Volfqanq Vislozil Avstriya İnformasiya Agentliyinin İdarə Heyətinin üzvü və sədri, Avropa Xəbər Agentliklərinin prezidenti vəzifələrində işləyib, «Keystone AG»-nin (Sürix) İdarə Heyətinin üzvü olub. Hazırda Media və Kommunikasiya üzrə Alman Assosiasiyasının və Beynəlxalq Mətbuat İnstitutunun daimi üzvü olan Volfqanq Vislozil Avstriya Respublikasının «İlin media meneceri» ordeni ilə təltif edilib. Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır