Modern.az

Tərtərdəki kütləvi dava-dalaşla bağlı rəsmi məlumat açıqlanıb

Tərtərdəki kütləvi dava-dalaşla bağlı rəsmi məlumat açıqlanıb

6 İyul 2010, 23:18

2010-cu il iyulun 6-da saat 11.00 radələrində Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən qarşıdurma baş veribr. Nəticədə hər iki tərəfdən bədən xəsarəti alan olub, o cümlədən dörd yerli sakin rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Modern.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir. Məlumata görə, qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəyib:

 
"Görülmüş operativ tədbirlərlə ictimai qayda bərpa olunmuşdur. Xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı yüngül xəsarət almışdır.
 
Fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
 
Qarşıdurmanın səbəblərinin yerində araşdırılması və gələcəkdə təkrarlanmaması üçün adekvat tədbirlərin görülməsi məqsədilə rayona Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət qrup ezam olunmuşdur".

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir