Modern.az

Hüseynqulu Bağırov Koalisiya üzvləri ilə görüşüb

Hüseynqulu Bağırov Koalisiya üzvləri ilə görüşüb

7 İyul 2010, 12:12

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının təmsilçiləri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovla görüşüblər. Görüşdə Göygöl rayonu ərazisində meşələrin vəziyyəti, mühafizə sistemi və bu sahədə nazirliklə Koalisiyanin əməkdaşlığına dair mümkün perspektivlər müzakirə olunub. Görüşdə MSŞT Koalisiya Şurasının əlaqələndiricisi Sabit Bağırov, Şura üzvləri Oqtay Gulalıyev, Sevil Yüzbaşova, Koalisiyanın Gəncəbasar ofisinin əlaqələndiricisi Aslan Vəliyev, Koalisiya üzvü Sadiq Həsənov və Koalisiyanın informasiya xidmətinin rəhbəri Nicat Dağlar iştirak edib. M

odern.az-ın məlumatına görə, nazir H.Bağırov Göygöl rayonu ərazisində meşələrin mühafizə sisteminin təkmilləşdirilməsinə dair MSŞT Koalisiyasi təmsilçilərinin qaldırdığı məsələyə toxunaraq, ətraf mühitin mühafizəsi istiqamətində ortaya çıxan bütün təşəbbüsləri dəstəklədiyini bildirib. Müəyyən problemlərin hələ də qaldığını deyən nazir qeyd edib ki, meşələrin qorunması hər bir vətəndaşın vəzifəsidir. “Sevindirici haldır ki, bu gün ekoligiya mövzusu müxtəlif səviyyələrdə müzakirə olunur, bu sahəyə vətəndaş cəmiyyəti də diqqət ayırır. Biz öz işimizi görürük, meşələrin mühafizəsi məsələsinə xüsusi diqqət ayırırıq” – deyə, H.Bağırov vurğulayıb.

Nazir onu da bildirib ki, Azərbaycanda meşələrin idarəolunması sahəsində yeni yanaşmalarla bağlı məsələlər beynəlxalq təşkilatlarla da müzakirə olunur.

Görüşdə S.Bağırov MSŞT Koalisiyasının fəaliyyəti və üzvləri barədə ətraflı məlumat verib, müzakirə olunan məsələyə dair fikirlərini bölüşüb.

Göygöl rayonu ərazisindəki meşələrin vəziyyətinə dair monitorinq aparmış  A.Vəliyev isə meşələrin vəziyyəti barədə hazırladığı hesabatı nazirə təqdim edib. O həmçinin qeyd edib ki, meşələrin mühafizəsi sahəsində nazirliklə əməkdaşlıq uğurlu nəticələr verə bilər.

Koalisiyanın Şura üzvləri Oqtay Gülalıyev, Sevil Yüzbaşova, koalisiya üzvü Sadiq Həsənov da məsələ ilə bağlı fikirlərini açıqlayıb, konkret təkliflərlə çıxış ediblər. Koalisiya təmsilçiləri bir sıra məqamlarla yanaşı NZS qəsəbəsində ətrafdakı zavodların havaya zərərli tüstülər buraxması və nəticədə adıçəkilən ərazidə ekoloji vəziyyətin ağırlaşdığını da nazirin diqqətinə çatdırıblar.

Görüşdə daşqınlar nəticəsində su basmış ərazilərdəki vəziyyətə dair də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nazirlik Göygöl rayonu ərazisində - Hacıkənd qəsəbəsində, “Turş Su” massivində meşələrin vəziyyətinə dair monitorinq aparılmasına qərar verib və bu komissiyanın tərkibinə MSŞT Koalisiyasının mütəxəssisləri də cəlb edilib.   

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir