Modern.az

Beynəlxalq təşkilatlar Eynulla Fətullayevə verilən hökmə etiraz edirlər

Beynəlxalq təşkilatlar Eynulla Fətullayevə verilən hökmə etiraz edirlər

7 İyul 2010, 14:33

Qaradağ rayon məhkəməsinin Eynulla Fətullayevi narkotik maddə saxlamaqda ittiham edərək 2 il 6  ay müddətinə azadlıqdan məhrum etməsi Jurnalistləri Müdafiə Komitəsi tərəfindən pislənilib.   

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnianova deyib ki, Azərbaycan bu hökmü və eləcə də jurnalistə qarşı əvvəlki qondarma cinayət işlərini ləğv etməlidir.

 

Jurnalistləri Müdafiə Komitəsi bu qənaətdədir ki, Fətullayevə qarşı narkotika ittihamı saxta ittihamdır.

“Sərhədsiz Reportyorlar” Təşkilatı da Eynulla Fətullayevin narkotik maddə saxlamaqda ittiham edilərək 2 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərara etirazını bildirb. Təşkilat bununla bağlı bəyanat verib. Bəyanatda beynəlxalq təşkilatların Eynulla Fətullayevi siyasi məhbus hesab etdikləri də bildirilir.

“Amnesty International” təşkilatı da Eynulla Fətullayevə qarşı çıxarılmış hökmü pisləyərək, ona qarşı irəli sürülmüş ittihamı saxta adlandırıb. Azərbaycanin bir qrup ziyalısı isə jurnalist Eynulla Fətullayev, bloqçular Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması xahişii ilə Prezident İlham Əliyevə məktub göndərib. Məktubu ölkənin tanınmış ziyalıları adından yazıçı Rüstəm İbrahimbəyov imzalayıb.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir