Modern.az

Qarabağ Şurasının üzvləri Alan Deletroz ilə görüşüblər

Qarabağ Şurasının üzvləri Alan Deletroz ilə görüşüblər

7 İyul 2010, 16:20

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə üzrə İctimai Şurasının üzvləri ilə Beynəlxalq Böhran Qrupunun vitse-prezidenti Alan Deletrozun görüşü olub. Modern.az-ın məlumatına görə, toplantıda Qarabağ münaqişəsi ətrafında yaranmış hazırkı vəziyyət müzakirə edilib. Əsasən cəbhə bölgəsində mütəmadi təxribatların doğurduğu narahatlıq və yaxın gələcəkdə gözlənilən hadisələr barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Rusiyanın,  ABŞ-ın və AB-nin xüsusi rolunu, onlardan hər birinin münaqişənin təcili həllində maraq dərəcəsini, Hillari Klintonun Azərbaycan və  Ermənistana səfərini müzakirə ediblər. Şuranın ekspertləri Azərbaycanın Madrid prinsipləri çərçivəsində maksimum güzəştə getdiyini, Ermənistanın isə bu sənədin yeniləşdirilmiş variantının mövcudluğunu belə etiraf etmədiyini və işğal etdiyi ətraf rayonları alver alətinə çevirərək Rusiyanın himayəsinə bel bağladığını, vaxtı uzatdığını vurğulayıblar. Danışıqlardan bəlli olub ki, yaranmış vəziyyət yaxın vaxtda sülh  sazişinin imzalanacağına ümid vermir. Lakin münaqişənin hərb yolu ilə həll etmək cəhdi də qəbul edilməyib. Ekspertlər hesab edib ki, müharibə həm bölgə ölkələri, həm də Avropa üçün ən az arzuedilməz variantdır.

Görüşdə həmçinin vətəndaş cəmiyyətinin sülhpərvər təşəbbüslərinin müəyyən nailiyyətləri və münaqişənin həllində onların əhəmiyyətinin artmasının vacibliyi də qeyd edilib.  

Təhminə Paşayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir