Modern.az

“Dəmirbank”ın vəsaitini mənimsəmiş filial müdirnin istintaqı yekunlaşıb

“Dəmirbank”ın vəsaitini mənimsəmiş filial müdirnin istintaqı yekunlaşıb

7 İyul 2010, 16:34

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq olunan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda pul vəsaitini talama cinayətlərində təqsirləndirilən “Dəmirbank” ASC-nin “Gəncə-2” filialının müdiri vəzifəsində işləmiş Fərid Qurbanov, filialın xəzinədarı Zabil Həsənov və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynovun istintaqı yekunlaşıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham edilmələrinə dair cinayət işi üzrə ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir