Modern.az

İcra başçılığından nazir müavinliyinə yüksəldi

İcra başçılığından nazir müavinliyinə yüksəldi

7 İyul 2010, 16:52

Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı sərəncamla Sahib Nurəddin oğlu Ələkbərov Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilib. Ələkbərov Sahib Nurəddin oğlu 1952-ci il yanvar ayının 10-da Samux rayonunda anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

2010-cu il iyul ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 996 saylı sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib. Ailəlidir, üç övladı var. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi